Prezident sərəncam imzalayıb

prezident-serencam-imzalayib
Oxunma sayı: 2708

Azərbaycan Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi üzrə səlahiyyətli orqanın müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.