Prezident Şirvana yeni icra başçısı təyin etdi

prezident-sirvana-yeni-icra-bascisi-teyin-etdi
Oxunma sayı: 11122

Azərbaycan Prezidenti İlham Əliyev İlqar Namaz oğlu Abbasovu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə İ.N.Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov idi. O, mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. M.Camalov Zərdaba icra başçısı göndərilib.