Prezident Sofiyada görüşlər keçirib - Fotolar + Yenilənib

Prezident Sofiyada görüşlər keçirib
Oxunma sayı: 2194

Oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb. 

***

Dövlət başçısı Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə də görüşüb.

***

Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.