Prezident Sumqayıtla bağlı sərəncam imzaladı

prezident-sumqayitla-bagli-serencam-imzaladi-
Oxunma sayı: 4212


 “Qafqazinfo” nun məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.