Prezident Şuşaya elektrik xətti çəkilişindən danışdı - Video

prezident-susaya-elektrik-xetti-cekilisinden-danisdi
Oxunma sayı: 2035

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı dövlət başçısı Füzulidən Şuşaya çəkilən elektrik xəttindən də danışıb.

“Qafqazinfo”nun xəbərinə görə, Prezident bildirib ki, Şuşanın işıqlandırılması və ümumiyyətlə, şəhərin inkişafı üçün yeni xətt mütləq inşa edilməli idi:

“Qısa zaman ərzində ağır relyefi olan ərazidə bu dirəklər qoyulub. Bu onu göstərir ki, yaxın zamanda Şuşaya həyat qayıdacaq”.

Qeyd edək ki, elektrik xətti 75 km məsafədə çəkilir və 110 kV-luq ikidövrəli yüksəkgərginliklidir.