"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur:
1. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Son xəbərlər
Son Xəbərlər