Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” hərəkatı ilə atəşkəsin başa çatdığını bəyan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı silahlı qüvvələrin əməliyyatları bərpa edəcəyini elan edib.
Əfqan liderin sözlərinə görə, “Taliban” üzvlərinin əksəriyyəti sülh istəyir və atəşkəs sübut etdi ki, “Taliban” müharibədən yorulub: “Xalq sübut etdi ki, birləşməyə hazırdır”.
Xatırladaq ki, Əşrəf Qani daha əvvəl Ramazan bayramı ilə əlaqədar 11-19 iyun tarixlərində taliblərlə müvəqqəti birtərəfli sülh elan etmişdi.
Hərəkat da hökumətin ardınca 3 günlük atəşkəs elan etdiyini açıqlamışdı. Hökumət daha sonra atəşkəsi 10 gün uzatsa da, “Taliban” bu qərarı dəstəkləməmişdi.
Son xəbərlər
Son Xəbərlər