Prezident təhvil verilən ermənilərin sayını açıqladı

prezident-tehvil-verilen-ermenilerin-sayini-aciqladi
Oxunma sayı: 3072

“Azərbaycan Qarabağ müharibəsindən sonra 100-dən çox erməni hərbi qulluqçunu İrəvana təhvil verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

"Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik", - Azərbaycan Prezidenti qeyd edib.