Prezident tələbələrimizin zəlzələ zonasından təxliyyəsiylə bağlı tapşırıq verdi

prezident-telebelerimizin-zelzele-zonasindan-texliyyesiyle-bagli-tapsiriq-verdi
Oxunma sayı: 2657

Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. 

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.