“Prezident televiziya vasitəsilə həmin məmurlara yerini göstərdi” - Video

prezident-televiziya-vasitesile-hemin-memurlara-yerini-gosterdi
Oxunma sayı: 2939

"Cənab Prezident dünənki müsahibəsində bir sıra qurumların adını çəkdi. Ancaq mən düşünürəm ki, söhbət təkcə bir neçə dövlət qurumundan getmirdi. Söhbət ümumiyyətlə ali məmur elitasına xəbərdarlıqdan gedirdi".

Bu sözləri "Qafqazinfo" saytının baş direktoru Elbrus Ərud Real Televiziyasına müsahibəsində ölkə başçısının ötən gün məmurlara etdiyi xəbərdarlıqlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dövlət başçısı bir qayda olaraq həmin məmurlara televiziya vasitəsilə öz yerini göstərdi: "Bəlkə də bir neçəsinə telefonda, bəzilərinə müşavirədə fərdi qaydada xəbərdarlıq edib. Ancaq dünən efir qarşısında bütün məmur elitasına xəbərdarlıq etdi. Kiçik məmurdan tutmuş böyük məmura qədər hər kəs öz yerini bilməlidir".