Prezident təqaüdçüləri Milli Məclisə müraciət etdi

prezident-teqaudculeri-milli-meclise-muraciet-etdi
Oxunma sayı: 1813


“Qafqazinfo”ya Birliyin sədri Təbruz Raufoğlu bildirib ki, gənclər bir neçə müddətdir ki, Milli Məclisdə müzakirə olunan  “Elm haqqında” qanun layihəsinin qəbul edilməsinin lehinə olduqlarını bəyan edirlər:

"Onlar millət vəkillərindən vurğulanan qanun layihəsinin respublikanın elmi potensialının inkişafına hesablandığını, elmi kontingentin maddi-sosial bazasının yüksək səviyyədə təşkil edilməsinə istiqamətləndiyini və xüsusi olaraq bildiririk ki, təhsildə davamlılığı təmin etməklə gənclərin elmə marağınının artırılmasına yönəldiyini nəzərə alaraq , prezident  İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirməliyik” tarixi əhəmiyyətli sitatının prinsiplərini rəhbər tutaraq  eyni zamanda sizlərin iradəsinə dərin ehtiramımızı ifadə edərək ölkənin elm və təhsil qanadının inkişafına danılmaz töhfəsini verə biləcək “Elm haqqında” qanun layihəsinin lehinə səs verməyinizi xahiş edirlər".