"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev və digər qonaqlar iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun salamlarını və təbrikini çatdıraraq qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün də uğurla davam etdirilir. Yeni tədris ili münasibətilə pedaqoji kollektivi və şagirdləri təbrik edən nazir müavini liseyin digər məktəblər üçün örnək olduğunu vurğulayıb. Firudin Qurbanov çıxışında liseyin şagird, müəllim və valideynlərini “Bilik günü” münasibətilə bir daha təbrik edərək, bu məktəbin əsasını qoyan və pedaqoji fəaliyyətini ömrünün sonunadək təhsil ocağında davam etdirən Rafil İmanovun xatirəsini ehtiramla yad edib.
Tədbirdə Təhsil Nazirliyinin adından liseyin 6 nəfər Prezident təqaüdçüsünə hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər