Prezident təqaüdçüsü olan tələbə qəzada vəfat etdi - Foto

prezident-teqaudcusu-olan-telebe-qezada-vefat-etdi
Oxunma sayı: 8555

Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi yol qəzasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Bildirilir ki, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan Bəhmən Musayev dünən axşam ağır yol qəzası nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Bəhmən Musayev 2018-ci ildə BANM-ə 690 balla qəbul olunub, Prezident təqaüdçüsü idi.

B.Musayev Masallı rayon Həsənli kənd orta məktəbinin məzunu olub.