Prezident təqaüdü qazanan Sevincin uğur hekayəsi - Video

Prezident təqaüdü qazanan Sevincin uğur hekayəsi
Oxunma sayı: 2688

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə yüksək balla (671.3) qəbul olunaraq Prezident təqaüdü qazanan 149 nömrəli tam orta məktəbin məzunu Sevinc Cabbarova uğur hekayəsindən bəhs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Təhsil TV”yə danışıb.

“Bu yolda məqsəd qoydum. Dərslərimə diqqətlə yanaşdım, müəllimlərimin dediyi hər şeyi etdim. Dünya görüşümü artırmaq üçün çox kitab oxumağa çalışdım. Həm buraxılış, həm də qəbul imtahanlarında yüksək nəticələr göstərib Prezident təqaüdünə nail oldum”, - Cabbarova deyib. 

Qeyd edək ki, S. Cabbarova Lənkəran rayonunun Boladı kəndində anadan olub. 

Daha ətraflı aşağıdakı süjetdə: