Prezident Timoşenkonun azad olmasına qarşı deyil

prezident-timosenkonun-azad-olmasina-qarsi-deyil
Oxunma sayı: 648

Prezidentin sözlərinə görə, Ukraynada məhkəmə və qanunverici sistem müstəqildir və verilmiş qərara qarşı çıxmaq olmaz.

Bununla belə, o, Timoşenkonun azad edilməsinə qarşı olmadığını bildirib və qeyd edib ki, məhkəmənin tezliklə başa çatmasında maraqlıdır: "Mən sabiq baş nazir Yuliya Timoşenkonun azad edilməsinə qarşı deyiləm. Lakin Ukrayna qanunları çərçivəsində bəzi şərtlərlə onu azad etmək olardı. Mən isə bununla bağlı səlahiyyətlərim xaricində heç nə edə bilmərəm".

Yanukoviç, eyni zamanda, Ukraynanın tranzit-qaz sistemi və Rusiya ilə Ukrayna arasında enerji statusu ilə bağlı da suallar cavab verib.

"Biz tranzit-qaz sistemləri Ukraynanın yanından keçdiyi halda sakit otura bilmərik. Ukrayna Rusiya qazı üçün böyük məbləğdə pul ödəyir. Bu ödənişlər iqtisadiyyatımızı iflic vəziyyətinə salır" - deyə Ukrayna prezidenti fikrini ifadə edib.

Qeyd edək ki, ötən ay Ukrayna, Belarus və Polşadan kənar keçməklə Avropa və Rusiyanı birləşdirən 10.2 milyard dollar dəyərində təbii qaz kəməri təsis edilmişdi (anspress).