Prezident Türkiyə və Serbiyanın yeni səfirini qəbul etdi

prezident-turkiye-ve-serbiyanin-yeni-sefirini-qebul-etdi
Oxunma sayı: 1102

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb. 

***
Bundan başqa dövlət başçısı bu gün Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.