Prezident türkiyəli nazirlə görüşdü

prezident-turkiyeli-nazirle-gorusdu
Oxunma sayı: 962

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Feridun Sinirlioğlunu Türkiyə Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib. Feridun Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

Feridun Sinirlioğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu deyib. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş naziri Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırıb. Feridun Sinirlioğlu öz növbəsində həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarının, müxtəlif səviyyəli qurumların rəhbərlərinin ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir ənənə olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd edib.