Prezident üç şəxsə “Şöhrət” ordeni verdi

prezident-uc-sexse-sohret-ordeni-verdi
Oxunma sayı: 4296

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyevi “Şöhrət” ordeni ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər sərəncamına əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev də “Şöhrət” ordeni ilə təltif edilib.

***

Digər sənədə əsasən, Azərbaycan ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.