Prezident və xanımı Yuxarı Gövhərağa məscidində şəhidlərin ruhuna dualar etdi

prezident-ve-xanimi-yuxari-govheraga-mescidinde-sehidlerin-ruhuna-dualar-etdi
Oxunma sayı: 2094

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş torpaqlara səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Prezident və xanımı Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər.

27 sentyabr - Anım Günü həyata keçirilən səfər zamanı Prezident və xanımı Yuxarı Gövhərağa məscidində torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhuna dualar ediblər.