Prezidenti İlham Əliyev bu gün Xaçmaz rayonuna səfərə gedib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
***
Ölkə başçısı səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
***
Əliyev həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının və Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
Son xəbərlər
Son Xəbərlər