Prezident xarici borcun həcmini açıqladı

prezident-xarici-borcun-hecmini-aciqladi
Oxunma sayı: 3389

“Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib

“Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, hansı ki, burada artım 11,4 faizdir.

Bizim çox az xarici borcumuz vardır - ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır”, - dövlət başçısı qeyd edib.