Prezident Xətaiyə yeni başçı təyin etdi

prezident-xetaiye-yeni-basci-teyin-etdi
Oxunma sayı: 14799

Prezident İlham Əliyev Xətai rayonuna icra başçısı təyin edib.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Rafiq Çəpərxan oğlu Quliyev rayonun yeni icra başçısı olub.

Qeyd edək ki, R. Quliyev rayonun sabiq başçısı Razim Məmmədovun 1-ci müavini vəzifəsində çalışıb. Razim Məmmədov isə ötən ilin dekabr ayında  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.