Prezident yeni açılan səfirliklərlə bağlı sərəncam imzaladı

Prezident yeni açılan səfirliklərlə bağlı sərəncam imzaladı
Oxunma sayı: 3666

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Keniyada (Nayrobi şəhərində), İsraildə (Təl-Əviv şəhərində) və Albaniyada (Tirana şəhərində) səfirliklərin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin digər Sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın Keniyada (Nayrobi şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.