Prezident yeni bina üçün 3 milyon ayırdı

prezident-yeni-bina-ucun-3-milyon-ayirdi
Oxunma sayı: 738

Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında prezident İlham Əliyev sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur:

1. Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.