Ötən gün prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, ekspert Ərşad Hüseynov sosial şəbəkədə sözügedən fərmanı şərh edib. Onun sözlərinə görə, həmin fərmanla Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə xeyli yeni səlahiyyətlər verilib: “Bu dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ictimai nəqliyyatla bağlı xeyli xətalara (biletsiz sərnişin daşıma, müvafiq sənədlər olmadan sərnişin daşıma, avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsi və s.), habelə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsindəki bəzi xətalara (küçə və yollarda özbaşına qazıntı işləri aparma, yollarda standartdan kənar tikinti işləri aparma, özbaşına nişan qoyma və s.) görə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti Agentliyə verilir.
Həmin səlahiyyətlərin verilməsi Agentliyin Əsasnaməsindən irəli gəlir və bu yeni qurumun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək”.
Son xəbərlər
Son Xəbərlər