Prezident yeni rayonla bağlı fərman verdi

prezident-yeni-rayonla-bagli-ferman-verdi
Oxunma sayı: 641

Prezident İlham Əliyev Pirallahı rayonunun yaradılması haqqında qanunu təsdiqləyib. “Qafqazinfo”nun məlumatına görə, prezidentin “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” fərmanında “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nın “Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” hissəsinin adında “Suraxanı” sözündən sonra “, Pirallahı” sözü əlavə edilməsi qeyd olunur.

Bununla yanaşı fərmanda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətini bina ilə təmin edilməsi bildirilir.