Prezident yeni səfirləri qəbul etdi - Yenilənib

Prezident yeni səfirləri qəbul etdi
Oxunma sayı: 2533

Noyabrın 24-də Prezident İlham Əliyev Moldovanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin də etimadnaməsini qəbul edib.

***

Prezident Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin də etimadnaməsini qəbul edib.