Prezident yeni Təhsil naziri təyin etdi

prezident-yeni-tehsil-naziri-teyin-etdi
Oxunma sayı: 16573

Azərbaycan Prezidenti İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin edib.

“Qafqazinfo” xəbər verirki, bununla bağlı imzalanan sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib. 

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.