Prezidentdən 142 sərnişinlik təyyarə qəzası ilə bağlı- - Açıqlama+Yenilənib

prezidentden-142-sernisinlik-teyyare-qezasi-ile-bagli-
Oxunma sayı: 2794


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, təyyarə Barselona-Düsseldorf reysi üzrə uçurmuş. 

İlkin məlumata görə, təyyarənin göyərtəsində 142 sərnişin, 6 ekipaj üzvü olub. Qəzadan əvvəl təyyarənin həyəcan siqnalı ötürməsi ilə bağlı da məlumat var. 

“Airbus A320” Barselonetdə radarlardan itib. 

Ölkə hökuməti təyyarə qəzası ilə bağlı faktı təsdiləsə də, hələ ki, onun modeli haqqında dəqiq məlumat olmadığını açıqlayıb. 

***

Fransanın cənubunda qəzaya uğrayan “Germanwings” aviaşirkətinə məxsus A320 təyyarəsinin qalıqları Barselonet (Fransa) şəhərinin yaxınlığında, Alp dağlarında tapılıb.

Fransa prezidenti Fransua Olland isə xalqa müraciətində böyük ehtimalla təyyarədə heç kimin sağ olmadığını bildirib: “Hələlik qəzanın səbəbləri haqqında danışmaq tezdir. Hadisənin səbəblərinin araşdırılması üçün qərargah yaradılıb. Böyük ehtimalla 142 sərnişinin hamısı həlak olub”.