Prezidentdən Baş nazir və nazirlə bağlı - Sərəncam +Yenilənib

prezidentden-bas-nazir-ve-nazirle-bagli-
Oxunma sayı: 12742

Azərbaycan Prezidenti İlham Əliyev Niyazi Novruzova “Tərəqqi” medalı verilməsi ilə bağlı sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilsin”.

Qeyd edək ki, Niyazi Novruzov Naxçıvan Muxtar Respublikasının səhiyyə naziridir.

***

Prezidentin digər sərəncamı ilə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əlövsət Baxşıyev Naxçıvan Muxtar Respublikasinin Baş Naziri vəzifəsini icra edir.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə Əli Yusif oğlu Qaraxanov “Şöhrət” ordeni ilə təltif edilib.

Əli Qaraxanov "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.