Prezidentdən Çingiz Qənizadəyə yüksək orden

prezidentden-cingiz-qenizadeye-yuksek-orden
Oxunma sayı: 1005

Azərbaycan prezidenti İlham Əliyev millət vəkili Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Ç. Qənizadə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
 
Sərəncamda deyilir: “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilsin”.