Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.
***
Prezident digər məktubunu Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya ünvanlayıb:
“Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm”.
Son xəbərlər
Son Xəbərlər