Prezidentdən icra hakimiyyətləri ilə bağlı- - Fərman

prezidentden-icra-hakimiyyetleri-ile-bagli-
Oxunma sayı: 6804


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, fərmana əsasən, yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) yaradılacaq.

Bundan başqa, fərmanda Prezident Administrasiyası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etməsi göstərilir.

Yerli icra hakimiyyəti orqanlarına isə informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görmələri tapşırılıb.