Prezidentdən ilk qadın balerina ilə bağlı- - Sərəncam

prezidentden-ilk-qadin-balerina-ile-bagli-
Oxunma sayı: 1571


“Qafqazinfo”nun məlumatına görə, 2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur. 

Sərəncamda aşağıdakı göstərişlər verilib:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.