Prezidentdən məktub

prezidentden-mektub
Oxunma sayı: 1286

Azərbaycan Prezidenti İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Bukele,

El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.