Prezidentdən özəl teleradio yayımçılarına yardım - 2 milyon

prezidentden-ozel-teleradio-yayimcilarina-yardim-
Oxunma sayı: 1381

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 2 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.