Prezidentdən qadın həmkarına təbrik

prezidentden-qadin-hemkarina-tebrik
Oxunma sayı: 755

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Çaputova,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.