Prezidentdən təbrik məktubu

prezidentden-tebrik-mektubu
Oxunma sayı: 1025

Azərbaycan prezidenti İlham Əliyev Niderlandın Kralı Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" təbrik məktubunu təqdim edir:

"Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Ölkə başçısının digər təbrik məktubu isə Cənubi Afrika Prezidenti Ceykob Gedleyihlekisa Zumaya ünvanlanıb:

"Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".