Prezidentə göyərçinli etiraz - Fotolar

prezidente-goyercinli-etiraz
Oxunma sayı: 676

ABŞ-da rəsmi səfərdə olan Misir prezidenti Əbdülfəttah əs-Sisinin gəlişi etiraza səbəb olub.

 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, paytaxt Vaşinqtonda Sisiyə qarşı “səssiz aksiya” keçirilib. Etiraza qatılan yüzlərlə Misir əsilli amerikalı “Vaşinqton abidəsi” qarşısında toplaşıb. Etirazçılar Misir prezidentinin ölkədə insan haqlarını kobud şəkildə pozduğunu və buna görə də bu gün Ağ Evdə qəbul edilməməli olduğunu bildiriblər. 

Aksiyada iştirak edənlər Misir həbsxanalarındakı məhbusları simvolizə edən paltarlar geyiniblər və sonda  azadlıq simvolu olan ağ göyərçinlər uçurublar.

Aysel Kərimova