Prezidentə məxsus vertolyot qəzaya düşdü, ölənlər var

prezidente-mexsus-vertolyot-qezaya-dusdu-olenler-var
Oxunma sayı: 1346

Keniyanın şimal-qərbində amerikalı turistlərin olduğu vertolyot  qəzaya düşüb. “Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, insident Keniya milli parkında Turkana gölündə baş verib. Nəticədə 4 turist və 1 pilot həlak olub. Ölən şəxslərin cəsədləri tapılıb.

Vertolyotun Keniya prezidenti Uilyam Rutoya məxsus olduğu bildirilir. Vertolyotu prezidentin rəsmi pilotu Mario Maqonqa idarə edirmiş.