Prezidentə müraciət edən NİDA-çının cəzası 5 ildən 2 ilə endirildi

prezidente-muraciet-eden-nida-cinin-cezasi-5-ilden-2-ile-endirildi
Oxunma sayı: 1620


"Qafqazinfo" xəbər verir ki, vəkil Xalid Bağırov “Media forum” saytına bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrum etdiyi fəalın cəzasını 2 ilə endirib.

Xalid Bağırov onu da qeyd edib ki, Elsevər onun vəkil xidmətindən imtina edib.

Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Elsevər Mürsəlli 2013-cü ilin prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib. Gənc həmin il oktyabrın 3-də Xaçmazda saxlanaraq polisə aparılıb. Rəsmi versiyaya görə, onun cibindən heroin çıxıb.

2014-cü il iyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq əfv istəmiş və NİDA Vətəndaş Hərəkatının və AXCP-nin üzvlüyündən imtina etdiyini bildirmişdi.