“Prezidentə qısqanclıqla yanaşırlar”

prezidente-qisqancliqla-yanasirlar
Oxunma sayı: 1379


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Kəlbəcərin işğalının 21 illiyinə həsr olunmuş tədbirdə deyib:

“Bir tərəfdən deyirlər ki, insan hüquqları qorunmalı, ölkə inkişaf etməlidir. Digər tərəfdən də belə qısqanclıq nümayiş etdirirlər. Belə də absurd vəziyyət olar? Çox zaman deyirlər ki, dövr, zaman, siyasətçilər dəyişir. Ancaq bizimlə səkkizbaşlı oyun oynamaq lazım deyil. Bir gün bu, onların öz başında çatlayacaq. Göydə Allah var. Bütün görünməzləri görən, yeganə odur. Bu gün Suriya, İraqda hər gün bu qədər insan ölür. Bunlar insan deyilmi? 90-cı illərdə bizim torpaqlar işğal olunanda heç bir dövlət səsini çıxarmadı. Biz insan deyildikmi? Bizdən demokratiya, tələb edənlər bizə cavab vermirlər. O zaman Türkiyədən başqa heç kim etirazını bildirməmişdi”. 

Günel Türksoy