Prezidentə “qoca cadugər” dedi

prezidente-qoca-caduger-dedi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, “El Observador” aprelin 4-də prezident Muxikanın mətbuat-konfransından əvvəl tabeliyində olan şəxslərdən biri ilə söhbət etdiyini yazıb. Mikrafonun açıq olmasında xəbərsiz olan prezident “bu qoca cadugər o biri çəpgözdən də pisdir” sözlərini işlədib.

Muxikanın işlətdiyi bu ifadələr Cənubi Amerikanın bir çox KİV-də yayımlanıb və həmin ifadənin Argentina prezidenti Kristina Kirşner və onun mərhum həyat yoldaşı Nestor Kirşnerə aid edildiyi bildirilib.

Məlumatda o da bildirilir ki, bu hadisədən sonra Argentinanın XİN-i Uruqvay səfirini çağıraraq ona nota təqdim edib. Eyni zamanda, XİN Uruqvay prezidentinin işlətdiyi ifadəni qəbuledilməz və mərhum Nestor Kirşnerin xatirəsinə təhqir hesab edib.

Uruqvay prezidenti isə həmin sözləri argentinalı həmkarına ünvanlamadığını qeyd edib.