Prezidentə sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanıldı

prezidente-sui-qesdde-subheli-bilinen-6-nefer-saxlanildi
Oxunma sayı: 1860

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanılıb.

“Qafqazinfo” “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Nestor Reverol açıqlama yayıb. İnformasiya naziri Xorxe Rodriqes isə 3 pilotsuz uçuş aparatının zərərsizləşdirdiyini deyib. 

Qeyd edək ki, paytaxt Karakasdakı çıxışı zamanı bomba ilə yüklənmiş pilotsuz uçuş aparatı Maduronun tribunasına doğru uçub. Prezident xəsarət almasa da, 7 əsgər yaralanıb.