Prezidentə zəhərli məktub göndərən şəxs həbs olundu

prezidente-zeherli-mektub-gonderen-sexs-hebs-olundu
Oxunma sayı: 648

SalamNews “RBK”ya istinadla xəbər verir ki, "NBC" sözügedən şəxsin Korinf şəhərinin (Missisipi ştatı) sakini Kennet Kertis olduğunu bildirir.

ABŞ prezidentinə ünvanlanmış məktub aprelin 17-də səhər xüsusi xidmət işçiləri tərəfindən ələ keçirilib.

Hüquq-mühafizə orqanları bundan əvvəl belə məktubların ölkə senatorları Rocer Uiker və Karl Levinə də göndərildiyini bildirib.

Bütün bu məktubların mətni eynidir: “Hadisənin baş verdiyini görmək və bununla bağlı heç bir tədbir görməmək ətrafda cərəyan edənlərin sakit iştirakçısı olmaq deməkdir”. Məktub aprelin 8-də Memfis şəhərindən (Tennessi ştatı) göndərilib.

Ölkənin Federal İstintaq Bürosu (FİB) Boston marafonunda baş verən terrorun zəhərli məktubların göndərilməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.