Prezidentin açdığı iş yerləri bağlanıb?- - İcra başçısından açıqlama

prezidentin-acdigi-is-yerleri-baglanib-
Oxunma sayı: 3365


İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki,  mətbuata bu cür məlumatları rayon sakinləri adından Həsənov Rauf adlı sakin ötürür: “O vaxtilə icrada işləyib. Xalq malını yediyini üçün onu işdən çıxarıblar, sonra isə həbs ediblər. O,  belə məlumatları yaymaqla yaxşı işlə təmin olunmaq istəyir. Rayonda kommunal xidmətin müdüri təyin olunmaq istəyirdi, onu yoxladıqda diplomunun saxta olduğu üzə çıxdı. Ona təklif olundu ki, başqa işlərdə işləsin”.

M. Sadıqov qeyd edib ki, R. Həsənovun  rayon barəsində səsləndirdiyi fikirlər onun fikridir və buna hörmətlə yanaşır: “Həmin adam gündə mənim haqqımda danışır, hər yerdə təhqir edir. Hər dəfə “Azərbaycan saatı” verilişində İsmayıllının əleyhinə intervü verir. Mən iki ildir ki, İsmayıllının icra başçısıyam. Biz rayonda olan nöqsanları aradan qaldırmaq üçün çalışırıq. Bütün var-qüvvəmlə rayon üçün çalışıram.  Onun iradlarına gəldikdə isə, 2012- 2013-cü illərdə İsmayıllıya su çəkilib. Rayon yüksək səviyyədə su ilə təmin olunub. Avtovağzal işləyir. Açılan uçaq bağçasının qruplarının konkretləşdirilməsi və hesabların müəyyən edilməsi prosesi gedir, qeydiyyat məsələsi də başa çatıb. Gələn ay fəaliyyətə başlayacaq. Meşələrin qırılmasına gəlincə isə,  rayonun 30 kəndinə artıq qaz çəkilib. Daha iki kəndə də qaz verilməsi üçün işlər aparılır”.

Qeyd edək ki, İsmayıllı sakinləri adından mediada yayımlanan müraciətdə bildirilir ki, rayonda prezidentin açdığı iş yerlərini bağlayıblar. İsmayıllıda hələ də içməli su problemdir. Evlərə qədər borular çəkilib, ancaq su verilmir. Qaz yerinə camaat odundan istifadə edir, meşələri qırırlar.

Günel