Prezidentin adından ziyafət verildi - Fotolar

prezidentin-adindan-ziyafet-verildi
Oxunma sayı: 3601

Martın 10-da Azərbaycan prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun, Gürcüstanın, Bosniya və Herseqovinanın prezidentləri, bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa İlham Əliyevə dünyanı narahat edən aktual məsələlərin müzakirəsinə yüksək səviyyədə şərait yaratdığına və beynəlxalq dialoqa güclü dəstək verdiyinə görə minnətdarlığını bildirib.

“Mərkəzin Azərbaycanın dahi oğlu Nizami Gəncəvinin adını daşıması bizi fərəhləndirir. Hər bir azərbaycanlı onunla qürur hissi duyur”, - deyən prezident bu Mərkəzin Nizaminin fikirlərini dünyanın müxtəlif yerlərində olan insanlara çatdırmaq baxımından mühüm funksiyanı yerinə yetirdiyini bildirib.