Prezidentin çağırışına Baş Prokurorluqdan dəstək

prezidentin-cagirisina-bas-prokurorluqdan-destek
Oxunma sayı: 4158

Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat məbləğində vəsait köçürüb.

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, sosial həmrəylik nümayiş etdirən Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə verilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilib.