“Cənab Prezidentin son islahatları gəncləşmə siyasəti yolundadır. Ölkə başçısı İlham Əliyev son çıxışlarında bildirib ki, “Ümumiyyətlə, idarəetmə sistemlərimizdə biz gəncləşmə siyasətini aparmalıyıq. Azərbaycan müasirləşir, inkişaf edir, nəsillər dəyişir və belə gənclər hazırlanmalıdır ki, gələcəkdə onlar ölkəmizi inamla idarə etsinlər.”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürmüş Nərmin Yusifova deyir. O, bu yolda gücünü, cəsarətini dövlət başçısının son islahatlarından və son çıxışlarından aldığını, bütün seçicilərini bu siyasəti davam etdirmək üçün “Gəncliyi seç! Yeniliyə səs ver!” şüarı altında səs verməyə dəvət edir. Namizəd seçicilərin və daha sonra dövlətin dəstəyi ilə qarşıdakı 5 il ərzində qoyulmuş bütün hədəflərə çatacağını vəd edir.
Müstəqil Azərbaycanın ilk medalistlərindən olan N. Yusifova Tahir Həsənov adına 23 nömrəli orta məktəbin məzunudur. Ali təhsilini Bakı Dövlət Universitetində hüquq üzrə alıb. Namizəd Binəqədi YAP Gənclər təşkilatında gənclərlə iş üzrə koordinator, Vətəndaş Cəmiyyətində Debat İB ( DVC), BDU DK-nın sədr müavini və digər bir çox gənclərlə bağlı layihələrdə iştirak edib, həmçinin dövlətdə gənclər istiqamətində gedən siyasətin daim bir parçası olub.
N. Yusifovanın köməkçisi-vəkili Elmar Yusifov da 23 saylı məktəbin məzunudur. Hazırda kampaniyanın sonuna yaxınlaşan namizəd dayanmadan Buzovna, Qala, Şağan, Pirallahı, Mərdəkan ərazisində seçiciləri ilə görüşlər keçirməyə davam edir.
.jpeg)

.jpeg)
Son xəbərlər
Son Xəbərlər