Prezidentin iqamətgahının təmirinə 2,5 milyon ayrılsa da... - Fotolar

prezidentin-iqametgahinin-temirine-25-milyon-ayrilsa-da
Oxunma sayı: 2737

Gürcüstan prezidenti Salome Zurabişvilinin Antonelli küçəsində yerləşən yeni iqamətgahının təmiri planlaşdırılan 947 min dollardan (2,5 milyon lari) çox baha başa gələ bilər.

“Qafqazinfo”nun xəbərinə görə, Xüsusi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anozra Çubinidze “IPN” agentliyinə açıqlamasında iqamətgahın təmirinin ümumiyyətlə nə qədər tutacağını bilmədiyini söyləyib.

“Hesablamaların müəyyən hissəsi edilib. Bu suala tam cavab növbəti 1 həftə ərzində verilə bilər. Öncədən 2, 5 milyon lari nəzərdə tutulub. Lakin düşünürəm ki, bu, işi bitirmək üçün bəs etməyəcək”, - deyə Çubinidze bəyan edib.